logo

Millimiz "EURO-2025"in  seçmə mərhələ oyunlarını Moldovada keçirəcək

13:53 06-05-2024 | icon 3122
Millimiz "EURO-2025"in  seçmə mərhələ oyunlarını Moldovada keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 2024-2025-ci illər mövsümü üzrə seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 7-ci qrupda yer alan yığma noyabrın 13-də İrlandiyanın, 16-da İslandiyanın, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Qrup mərhələsinin görüşləri Moldovada baş tutacaq.

Qeyd edək ki, yarışın final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Rumıniyada keçiriləcək.