Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev mayın 6-da müvafiq qanunu imzalayıb.
Qanuna əsasən 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” təsdiq edilib.