“SpaceX” kosmosa səyahət üçün turistlərdən ərizə qəbuluna başlayıb
ABŞ-ın “SpaceX” kompaniyası Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya, Marsa və Yerətrafı orbitə uçuşlar sifariş etmək üçün müraciətlərin qəbuluna başlayıb. Müraciətlər kompaniyanın saytında qəbul olunur.
YeniAvropa xəbər verir ki, uçuşlar iki kosmik gəmi “Dragon” və “Starship” vasitəsi ilə həyata keçiriləcək. “Dragon” kapsulu Yerətrafı orbitə yeddi sərnişini çıxarmaq üçün nəzərdə tutulub. Kompaniyanın ən uğurlu layihələrindən biri hesab olunan “Dragon” ümumilikdə 46 dəfə fəzaya buraxılıb və 42 dəfə Beynəlxalq Kosmik Stansiyaya uçub.
Təkrar istifadə edilə bilən “Starship” isə çox sayda sərnişini və yükü Yerətrafı orbitə, Aya və Marsa göndərmək üçün nəzərdə tutulur. Kosmik gəmi hazırda sınaq mərhələsindədir və kosmosa cəmi üç uçuş həyata keçirib.
“SpaceX” kompaniyasının məlumatına görə, uçuş proqramının ilk təyinat nöqtəsi 2024-cü ilin sonuna planlaşdırılan Yerətrafı orbit olmalıdır. İki nəfərdən dörd nəfərədək sərnişinlə üç, yaxud altı gün davam edəcək səyahət Yerdən 290-480 kilometr məsafədə baş tutacaq. Növbəti planlaşdırılan missiya 2025-ci ildə BKS-yə olacaq. On günlük səfər dörd sərnişinlə həyata keçiriləcək.
Aya missiyanın vaxtı isə hələ müəyyən edilməyib. Səfərin 12 turistlə 7 gün davam edəcəyi və səyahətin təxminən 385 min kilometr məsafəyə uzanacağı gözlənilir. Marsa kommersiya uçuşları haqqında məhdud məlumat olsa da, səyahətin sifarişi üçün konkret tarix yoxdur. Baş tutacağı təqdirdə sərnişinləri orta hesabla 225 milyon kilometrlik səyahət gözləyir.
Kosmik turların qiyməti hələ ki, məlum deyil, lakin “SpaceX” 2022-ci ilin aprelində “Falcon 9” raketi ilə “Crew Dragon Endeavour” kapsulunda BKS-yə səfərlər üçün bir biletin qiymətini 55 milyon dollar müəyyən etmişdi.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır