logo

Ali məktəblərə qəbul imtahanının II mərhələsinə ərizə qəbulu başa çatır

10:10 06-05-2024 | icon 1015
Ali məktəblərə qəbul imtahanının II mərhələsinə ərizə qəbulu başa çatır

Ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər bu gün 23:59-dək şəxsi kabineti vasitəsilə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Mayın 6-sı saat 09:00-a olan məlumata görə, I ixtisas qrupu üzrə 29230, II qrup üzrə 23163, III qrup üzrə 24499, IV qrup üzrə isə 5804 abituriyent elektron ərizəsini təsdiq edib.