logo

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

09:09 06-05-2024 | icon 679
Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Mayın 6-da Türk dünyasının ortaq əlifbası üzrə komissiyasının ikinci iclası keçirilir.

YeniAvropa xəbər verir ki, Türk Akademiyası və Atatürk adına Atatürk adına Mədəniyyət, Dil və Tarix üzrə Ali Şurasının Türk Dil Qurumu, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən iclasın mövzusu ortaq əlifbanın inkişafı istiqamətində atılacaq yeni addımların müzakirəsidir.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk Dil Qurumunun prezidenti Osman Mert, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov və digərləri iştirak edirlər.

Qeyd edək ki, Türk dünyasının ortaq əlifbası üzrə komissiyanın birinci iclası 2023-cü il mayın 29-da Qazaxıstanın Astana şəhərində keçirilib.

2021-ci ildə TDT Dövlət Başçılarının 8-ci Zirvə görüşündə qəbul edilən “Türk Dünyası 2040 Baxışı” sənədində TDT-yə üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün ortaq əlifba və terminologiyada birliyə nail olunması qarşıya hədəf qoyulub. Çünki türk dövlətlərinin əlifbalarının uyğunlaşdırılması qardaş ölkələr arasında əməkdaşlığı artıracaq mühüm amillərdən biridir.