logo

Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq

13:13 04-05-2024 | icon 959
Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq

Azərbaycanda mayın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 11-14°, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 20-25° isti, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacağı ehtimal edilir.