logo

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

11:11 04-05-2024 | icon 2156
FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

FIFA futbolda inqilabi dəyişiklik etməyə hazırlaşır.

YeniAvropa  xarici KİV-ə istinadla xəbər verir ki, ali futbol qurumu milli çempionatlarda bəzi oyunların ölkə xaricində keçirilməsinə icazə verən qərar qəbul etmək istəyir.

Mümkün yeniliyə əsasən, klublar prinsipial matçları qarşılıqlı razılıq əsasında başqa ölkələrdə oynaya biləcəklər.

Qeyd edək ki, bu yaxınlarda İspaniya La Liqasının bəzi oyunlarının ABŞ-da keçirilə biləcəyi ilə bağlı iddialar səsləndirilib.