logo

“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

18:38 03-05-2024 | icon 2401
“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

“Bakcell” Fəvvarələr meydanında yeni brend kimliyinə uyğun innovativ mağazasını təqdim edib.

YeniAvropa xəbər verir ki, mayın 3-dən etibarən fəaliyyətə başlayan mağazanın açılışında “Bakcell”in süni intellekt dəstəkli insanabənzər robotu Ardi iştirak edib.

Yenilənmiş mağaza üstün xidmət mərkəzi olmaqla birgə müasir müştəri yanaşmasını sərgiləyən “high-tech” təcrübə məkanıdır. Belə ki, mağaza müştərilərə yüksək keyfiyyətli xidmətlərlə yanaşı, oyun həvəskarları üçün “VR zona”, yeni nəsil texnologiya aləti “Apple Vision Pro” və rəqəmsallaşdırılmış monitorlar da təqdim edir.

Müştərilər “Bakcell”in növbəti həftələrdə təqdim edəcəyi yeni məhsullarla yerində tanış ola və onları birbaşa mağazadan əldə edə bilərlər. Hacı Zeynalabdin Tağıyev küçəsi 19 (Fəvvarələr Meydanı) ünvanında yerləşən yenilənmiş mağaza həftəiçi 09:00-dan 20:00-a, həftəsonu 10:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

file..+00-1

Qeyd edək ki, “Bakcell”in yeni təqdim olunmuş brend strategiyası gələcəyə hədəflənərək Azərbaycan üçün innovativ xidmətlər təqdim etməkdir.

file..+00-3

file..+00-2

file..+00-4