logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

09:49 04-05-2024 | icon 777
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 71 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 110, o cümlədən borclu şəxs qismində axtarılan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.