logo

Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb

19:49 02-05-2024 | icon 1274
Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb.

YeniAvropa xəbər verir ki, bununla bağlı Komissiyanın üzvlərinə məlumat təqdim edilib.

Toplantıda Komissiyaya daxil olan müraciətlərə baxılacaqdı.

Qeyd edək ki, Komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı artıq 300-ü keçib.