logo

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib

16:15 02-05-2024 | icon 1057
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib

VI çağırış Milli Məclisin deputatı Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.

YeniAvropa xəbər verir ki, bu barədəı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Belə ki, məsələni təqdim edən MSK katibi Arifə Muxtarova bildirib ki, prezident İlham Əliyevin aprelin 8-də imzaladığı sərəncamla R.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub: “Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir”.

Yuxarıda sadalananları nəzərə alaraq MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsini nəzərə alıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.