logo

Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb

12:12 02-05-2024 | icon 2982
Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb

Bu ilin ilk rübü ərzində Türkiyənin Antalya vilayətinə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14,10 faiz artaraq 2 milyon 66 min 962 nəfər olub. Bu göstərici Antalya turizmində bütün zamanların ən yaxşı başlanğıcı olaraq qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına əsasən, aprel ayında da Antalyaya gələn əcnəbi turistlərin sayı rekord həddə çatıb və onların arasında almanlar çoxluq təşkil edib. İlin ilk üç ayında Almaniyadan Antalyaya 539 min 663 turist gəlib. İkinci və üçüncü sırada isə müvafiq olaraq ruslar və ingilislər yer alıb.