AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Daxil olmuş vətəndaş müraciəti əsasında Sabirabad şəhərinin İ.İsgəndərov küçəsində fəaliyyət göstərən pendir sexində Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Məhsulların etiketlənməsində başqa istehsalçıya aid məlumatların qeyd olunduğu, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, emala qəbul edilən südün baytarlıq ekspertizasının və müayinələrinin aparılmadığı aşkarlanıb. Eyni zamanda, emal sahəsinin normativlərə cavab vermədiyi, müəssisədə və məhsul daşınmasında istifadə olunan nəqliyyat vasitəsində dezinfeksiya işlərinin aparılmadığı, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı müəyyən edilib.
Aşkarlanan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisənin məhsul etiketlənməsi sahəsində üzərində başqa sahibkara məxsus məlumatlar olan 3048 ədəd etiket Agentliyin əməkdaşları tərəfindən müəyyən edilərək dövriyyədən çıxarılıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Araşdırmalar davam edir.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır