logo

Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir

11:33 02-05-2024 | icon 2142
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start veriləcək.

YeniAvropa xəbər verir ki, İngiltərənin “Aston Villa” klubu doğma meydanda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Eyni saatda Belçika “Brügge”si İtaliyada “Fiorentina”nın qonağı olacaq.

Qeyd edək ki, cavab qarşılaşmaları mayın 8-9-da baş tutacaq.