logo

UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”

11:22 02-05-2024 | icon 2422
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

YeniAvropa xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Turnirin 1/8 final mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Almaniya “Bayer”i İtaliyada “Roma”nın qonağı olacaq. Matçı fransalı baş hakim Fransua Leteksye idarə edəcək.

Digər görüş isə Fransada baş tutacaq. “Marsel” doğma meydanda İtaliyanın “Atalanta” klubunu sınağa çəkəcək. Oyunda ədaləti almaniyalı referi Daniel Zibert qoruyacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçları mayın 22-də keçiriləcək.