logo

Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir

10:28 02-05-2024 | icon 1988
Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir

Bakıda Azərbaycan Dövlət Turizm Agentliyinin və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu” keçirilir.

YeniAvropa xəbər verir ki, forumda İƏT üzvü olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistanın dövlət turizm təşkilatlarının rəhbərləri, hər ölkədən turizm üzrə ixtisaslaşmış mütəxəssislər, iri turizm şirkətlərinin nümayəndələri iştirak edirlər.

Forumda turizm sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsinin aparılması yolları, viza almaq prosesinin sadələşdirilməsi, yay mövsümündə qarşılıqlı olaraq təyyarə reyslərinin sayının artırılması kimi məsələlər müzakirə olunur. Üzv dövlətlərin forumda iştirak edən turizm şirkətlərinin rəhbərləri təmsil etdikləri ölkənin turizm potensialı haqqında təqdimatlar keçirirlər.

Qeyd edək ki, İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında yaradılıb. SSRİ dağıldıqdan sonra Orta Asiya respublikaları və Əfqanıstan da bu beynəlxalq təşkilata qoşulublar. Azərbaycan İƏT-ə 1995-ci ildə üzv olub. Təşkilatın mənzil-qərargahı Tehran şəhərində yerləşir.