logo

Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb

15:55 01-05-2024 | icon 11431
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb

Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Şamlıq kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, Gəncə şəhər sakini Elçin Köçərli idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə hərəkətdə olarkən qarşıdan gələn minik avtomobili onun yoluna çıxıb.

Nəticədə sürücü idarəetməni itirib və yüklə dolu olan nəqliyyat vasitəsi körpüdən çaya aşıb. Sürücü avtomobildən çıxarılıb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.