Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
Rusiya Federasiyasından idxal edilən toxumluq kartof məhsuluna fitosanitar baxış keçirilib və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, aparılmış ekspertizanın nəticələrinə əsasən “Агрохмель” şirkətinə məxsus 23 məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm − kartof yumrularında halqavari bakterial çürümə xəstəliyi aşkarlanıb.
Zərərli orqanizm aşkarlanmış toxumluq kartofun 10 partiyası fiziki şəxs Vəliyev Cümşüd Səbrulla oğlu, 13 partiyası isə Vəliyev Səbrulla Heybət oğlu tərəfindən idxal edilib.
Bununla əlaqədar Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktubla bildirişlər (notifikasiyalar) göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə Rusiyanın “Агрохмель” ixracatçı şirkəti tərəfindən toxumluq kartof məhsulunun ölkəmizə idxalına bu il mayın 6-dan müvəqqəti qadağa tətbiq edilib.
Qeyd edək ki, fitosanitar riski yüksək qiymətləndirilən toxumluq kartof yumrularında halqavari bakterial çürümə xəstəliyinin əsas sahib bitkisi kartof hesab edilir. Həmin zərərli orqanizm məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir edir və kartof istehsalında məhsul və keyfiyyət itkisinə səbəb olur. Əkin sahələrinə düşdüyü halda uzun müddət həyat qabiliyyətini saxlayır və həmin sahələrdə kartofun əkilməsini səmərəsiz edir.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır