logo

Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir

13:53 01-05-2024 | icon 1519
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir

Bakının ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilir.

YeniAvropa  xəbər verir ki, tədbirdə dünyanın 30-dan çox ölkəsindən dini liderlər iştirak edirlər.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos açılış nitqi ilə çıxış edəcəklər.

Bakı görüşü işini plenar sessiya ilə davam etdirəcək. Qafqaz Müsəlmanları İdarəsi, BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun təşkilatçılığı ilə keçiriləcək sessiya "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzusuna həsr olunub.

Qeyd edək ki, “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu üç gün davam edəcək. Tədbir çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiya təşkil ediləcək.

Yüzdən çox ölkəni təmsil edən 700-dək mötəbər qonağın iştirak etdiyi Forumun müzakirə mövzusu təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlərdir.