logo

Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri

11:55 01-05-2024 | icon 1372
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri

Hesablamalarımıza görə, 2024-cü ilin sonunda inflyasiya 3,5 faiz təşkil edəcək. 2025-ci ildə isə bu rəqəm 4,2 faiz təşkil edəcəyini gözləyirik.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlamasına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

“Bizim inflyasiyada təklif yüksək amilə malikdir. İnflyasımızın 1,6 faizlik hissəsi tələbdən, 2,6 faizi isə təklifdən formalaşır”, - deyə AMB sədri vurğulayıb.