logo

Zelenski Ukraynanın NATO-ya üzv olma vatını açıqladı

17:31 30-04-2024 | icon 2345
Zelenski Ukraynanın NATO-ya üzv olma vatını açıqladı

Ukrayna Rusiya ilə müharibədə qələbə qazandıqdan sonra Şimali Atlantika Alyansının üzvü olacaq.

YeniAvropa xəbər verir ki, bu fikri Ukrayna prezidenti Volodimir Zelenski NATO standartları üzrə peşəkar hərbi təlim kursları keçən zabitlərlə görüşü zamanı səsləndirib.

Prezident qeyd edib ki, o, Ukraynanın müharibə zamanı NATO-ya üzv ola biləcəyinə inanmır. Bu, alyansın ayrı-ayrı üzvlərinin bu məsələdə risk, yaxud skeptisizm hiss etməsi ilə bağlıdır.

“Təbii ki, genişmiqyaslı müharibədən keçən Ukraynanın səviyyəsi, onun NATO-ya uyğunluğu, hərbi səviyyəsi ilə bağlı heç kim məsələ qaldırmayacaqsa, NATO-ya üzv olmaq üçün Ukrayna müharibədə qalib gəlməlidir”, - deyə Zelenski sözlərinə əlavə edib.