logo

Avropa İttifaqı Anar Məmmədlinin saxlanılmasından narahatdır

16:16 30-04-2024 | icon 637
Avropa İttifaqı Anar Məmmədlinin saxlanılmasından narahatdır

Azərbaycanda Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin saxlanması müstəqil jurnalistlər və fəalların həbsləri silsiləsinin sonuncusudur və Avropa İttifaqı(Aİ) üçün  narahatlıq doğurur.

YeniAvropa xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Peter Stano "X" platformasında yazıb.

"Təməl hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir",- deyə o paylaşımında qeyd edib.

Qeyd edək ki, Anar Məmmədli aprelin 29-da saxlanılıb. O, "Abzas Media"nın işi üzrə prosesə cəlb edilib. Bu iş çərçivəsində artıq 7 jurnalist və mətbuat işçisi qaçaqmalçılıq ittihamı ilə həbs olunub.