logo

“Qarabağ” – “Neftçi” matçının stadionu dəyişdirilib

12:12 30-04-2024 | icon 1554
“Qarabağ” – “Neftçi” matçının stadionu dəyişdirilib

Azərbaycan Premyer Liqasının XXXIII turunun "Qarabağ" – “Neftçi” oyununun stadionu dəyişdirilib.

YeniAvropa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təşkilati məsələlərlə əlaqədar olaraq, görüş “Azersun Arena”da oynanılacaq.

Mayın 4-də oynanılacaq qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl matçın Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyi açıqlanmışdı.