Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” konsert proqramı təqdim olunacaq.
YeniAvropa xəbər verir ki, konsert həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyır. Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinin inkişafına dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib.
Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə də beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, milli, klassik və caz musiqisi ilə bağlı layihələri, müxtəlif musiqi festivalları yeni istedadların üzə çıxarılmasına, onların inkişafına təkan verib.
Mayın 4-dəki konsert proqramında da məhz bu incəsənət xadimləri - Heydər Əliyev Fondunun yaradıcılıqlarında iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi mədəniyyət və incəsənət xadimləri - Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano), Elvin Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Samir Cəfərov (tenor), Təyyar Bayramov (xanəndə) və digərləri çıxış edəcəklər.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 20 illik fəaliyyətində Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan, elm və təhsil, səhiyyə, sosial və digər sahələrdəki önəmli layihələri ilə mühüm nailiyyətlərə imza atan, ən əsası isə insanların sevgi və inamını qazanan Heydər Əliyev Fondunun gördüyü işlərdə milli-mədəni, mənəvi dəyərlərimizin qorunub saxlanılması, onların təbliği xüsusi önəm kəsb edir. Heydər Əliyev Fondu ötən illərdə mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verib və Fondun 20 illiyi ərəfəsində keçirilən konsert də həmin uğurların kiçik bir hissəsinin nümayişi sayıla bilər.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır