logo

Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir

12:12 29-04-2024 | icon 6181
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir

Aprelin 29-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan ədəbiyyatındakı ədəbi əlaqələr” mövzusunda elmi konfrans işə başlayıb.

YeniAvropa xəbər verir ki, konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan ilə Pakistan arasındakı dostluq əlaqələrindən danışıb. O, Azərbaycan klassiklərinin həyat və yaradıcılığının bu gün Pakistanda dərindən öyrənildiyini və bu istiqamətdə çox işlər görüldüyünü söyləyib.