logo

Şəhriyar Məmmədyarov Almaniya çempionu olub

11:11 29-04-2024 | icon 1603
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub

Şahmat üzrə Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov klublar arasında Almaniya çempionatında birinci olub.

Azərbaycan Şahmat Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, Bundesliqa təmsilçisi “Viernheim” komandasının heyətində çıxış edən iti zəka sahibi maksimum nəticə ilə yarışın qalibi adını qazanıb.

Digər şahmatçımız Nicat Abasovun çıxış etdiyi “Ötigheim” isə turniri altıncı pillədə başa vurub.

Qeyd edək ki, Bundesliqada birincilik uğrunda ümumilikdə 16 komanda mübarizə aparıb.