logo

Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq

21:12 27-04-2024 | icon 798
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq

Ukraynanın İrpen şəhəri ilə Azərbaycanın Laçın şəhərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlər aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə İrpen şəhər Meriyasından məlumat verilib.

“Biz Azərbaycanın Laçın şəhəri ilə İrpen şəhəri arasında tərəfdaşlıq yaratmaq üçün işləyirik. Artıq Azərbaycan və Ukraynanın müvafiq qurumları ilə müvafiq işlər aparılır”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, iki şəhər arasında gələcək qardaş şəhər münasibətləri Azərbaycan və Ukrayna arasında əməkdaşlığın möhkəmlənməsinə təkan verəcək.