logo

Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

20:50 27-04-2024 | icon 749
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1 567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES - 2024” çoxmillətli təlim keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.

“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.