Si Cinpin-Blinken görüşü gərgin keçib
Pekində səfərdə olan ABŞ-ın dövlət katibi Antoni Blinken ilə Cin Xalq Respublikasının sədri Si Cinpin arasında görüş gərgin keçib.
YeniAvropa "NBS" telekanalına istinadla xəbər verir ki, Çinin lideri iki ölkə arasında münasibətlərdə mənfi tendensiyanın davam etdiyini və bunun bütün dünya üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağını bildirib.
Blinken Çin liderinə bildirib ki, prezident Co Bayden onu Çinə “əməkdaşlıq sahələrini dərinləşdirməyə, eləcə də mövcud fikir ayrılıqlarını məsuliyyətlə idarə etməyə” göndərib. O qeyd edib ki, bu il ABŞ ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 45-ci ildönümüdür və iki ölkə “düşmən deyil, tərəfdaş olmalıdır”.
Antoni Blinkenlə daha əvvəl görüşən çinli həmkarı Van Yi isə deyib: “Dünya həm Çinin, həm də ABŞ-ın eyni vaxtda inkişafı və rifahı təmin etmək üçün kifayət qədər böyükdür. Vaşinqtonun pozitiv və konstruktiv mövqe tutması ABŞ-Çin münasibətlərini sabitləşdirəcək”.
Bu, Blinkenin bir ildən az müddətdə Çinə ikinci səfəridir, çünki iki fövqəldövlət artan geosiyasi fikir ayrılıqlarına baxmayaraq, yenilənmiş danışıqlarla əlaqələri sabitləşdirməyə çalışır.
Blinkenin Çinə səfərinin əsas məqsədi Moskva və Pekinin 2022-ci ildə “məhdudiyyətsiz” tərəfdaşlıq elan etməsindən həftələr sonra başlayan Ukraynaya qarşı Rusiyanın müharibəsi ilə bağlı fikir mübadiləsi aparmaq və qarşı tərəfin mövqeyini dəqiqləşdirməkdir. Amma Pekin Moskvaya hərbi yardım göstərmədiyini iddia edir. Blinken isə keçən həftə dəzgahlar, yarımkeçiricilər və Rusiyanın müdafiə sənayesi bazasına töhfə verən digər ikili təyinatlı texnologiyalarla bağlı narahatlığını ifadə etmişdi.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır