logo

Azərbaycan-Ermənistan  sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident

15:35 26-04-2024 | icon 1232
Azərbaycan-Ermənistan  sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

Kansler Olaf Şoltsun dəvəti ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladan dövlət başçısı bildirib: “Növbəti görüş Qazaxıstanda planlaşdırılacaq və beləliklə, sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq”.