logo

Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı

17:07 25-04-2024 | icon 1127
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı

Qırğız Respublikasının prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Sadır Japarovu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola salıblar