Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Energetika Nazirliyində Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası çərçivəsində ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, energetika nazirinin müavinləri Kamal Abbasovun və Orxan Zeynalovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Macarıstanın strateji tərəfdaş ölkələr olduğu vurğulanıb, digər sahələrdə olduğu kimi energetika istiqamətində əməkdaşlığın uğurları qeyd edilib. Macarıstan şirkətlərinin ölkəmizdəki enerji layihələrində iştirakından bəhs edilib.
Qonaq mövcud əməkdaşlığın Macarıstanın enerji təhlükəsizliyinə töhfə verdiyini bildirərək, Azərbaycandan tədarük olunan qazın həcminin artırılmasında ölkəsinin maraqlı olduğunu qeyd edib.
"Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizinin yaradılması çərçivəsində nazirlərin görüşlərində verilmiş qərarların icrası nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan ötürücü sistem operatorları arasında birgə müəssisənin təsis edilməsinin sürətlənməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Energetika Nazirliyinin aparatı ilə yanaşı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və SOCAR-ın nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycanla Macarıstan arasında enerji əməkdaşlığından irəli gələn bir sıra digər məsələlər də müzakirə olunub.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır