2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Müvafiq Dövlət Proqramına əsasən 2022-2026-cı illərdə Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşası planlaşdırılır. Hazırda Cəbrayıl şəhərində 712 mənzildən ibarət böyük bir kompleks artıq tikilir və 2 aydan sonra onun bir hissəsi təhvil veriləcək. Həmin bu kompleksə Cəbrayıl şəhərinin sakinləri qayıdacaqlar. Cəbrayıl rayonundakı kompleksə 712 ailənin köçürülməsi nəzərdə tutulur.
YeniAvropa xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda deyib.
O vurğulayıb ki, hazırda Zəngilanda da böyük iş görülür: “Zəngilan şəhərində də yaşayış evlərinin tikintisi həyata keçirilir. 13 binadan ibarət bir kompleks tikilir və sakinlərin 2024-2026-cı illərdə ora köçürülməsi planlaşdırılır. Rayonun Cahangirbəyli kəndində də hazırda tikinti işləri həyata keçirilir.
V.Hacıyev qeyd edib ki, həmçinin 2024-2026-cı illərdə Cəbrayıl rayonunun Xorovlu qəsəbəsinə, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də artıq tikintilər başlanılıb və həmin bu kəndlərə də köç nəzərdə tutulur.
"2022-2026-cı illər üzrə Dövlət proqramına əsasən Cəbrayıl, Qubadlı və Zəngilana 40 min nəfər köçəcək. Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilər yaşıl zona elan edilib və bunun sayəsində bütün inzibati binalarda, qeyri-yaşayış sahələrinin üstündə günəş panelləri istifadə olunur. Bundan əlavə, Zəngilan rayonunun özündə 4 kiçik su elektrik stansiyası artıq fəaliyyət göstərir", - deyə Prezidentin nümayəndəsi bildirib.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır