logo

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

16:16 24-04-2024 | icon 2275
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

ABŞ hökuməti Gürcüstana sərhədlərin təhlükəsizliyinin müdafiəsinin gücləndirilməsi məqsədilə hərbi-texniki yardım edib.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Tbilisiyə çatdırılan hərbi-texniki avadanlığın ümumi məbləği 13 milyon dollardır. Müasir avadanlıq sərhəd nəzarətini gücləndirməyə, qeyri-qanuni ticarətin və sərhədlərin pozulması hallarının qarşısını almağa kömək təşkil edəcək.