logo

Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

15:55 24-04-2024 | icon 1246
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Azərbaycanın hər yerində olduğu kimi, işğaldan azad olmuş ərazilərdən ilk dəfə Şuşada elektrik avtobuslar istifadəyə veriləcək. Bu avtobuslar Gəncədə bizim belaruslu həmkarlarımızla birgə işbirliyi ilə istehsal olunur. Biz artıq 4 belə avtobus əldə etmişik, onlar landşaft testindən keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında keçirilən Qarabağda dayanıqlı inkişafa həsr olunmuş paneldə bildirib.

Otuz ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə təşkil olunan tədbirdə A.Kərimov məlumat verib ki, elektrik avtobuslar gələn aydan Şuşada istifadəyə veriləcək.

O, həmçinin vurğulayıb ki, gələn aydan Şuşaya keçmiş məcburi köçkünlərin köçü başlayacaq.