logo

Koreyanın  206 mindən çox avtomobilini geri çağırır

12:12 24-04-2024 | icon 2282
Koreyanın  206 mindən çox avtomobilini geri çağırır

Cənubi Koreyanın dörd yerli və xarici avtomobil istehsalçısı istehsal qüsurlarına görə təxminən 206,8 min avtomobilini olaraq geri çağıracaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, “Kia Corp”, “Niro HEV” də daxil olmaqla iki modeldən 111 307 avtomobili mühərrikin güc ötürücüsünün idarəetmə blokunda istehsal qüsurlarına, 21 770 ədəd K9-u isə hidravlik elektron idarəetmə blokunda zəif dayanıqlığa görə geri çağırır.

Bu siyahıya, həmçinin “Hyundai Motor”un 37 059 ədəd “Accent”, “Mercedes-Benz Koreya”nın 12 629 ədəd müxtəlif modeli, “Stellantis Koreya”nın 2483 ədəd “Jeep Cherokee” avtomobilləri daxildir.

Avtomobil sahibləri təmir və servis mərkəzlərinə gedərək nasaz hissələri pulsuz əvəzləyə bilərlər.