logo

Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

11:33 24-04-2024 | icon 1477
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstan prezidenti Sadır Japarovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan prezidentinə raport verib.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Qırğızıstan prezidenti Sadır Japarovun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.