logo

Senat ABŞ-ın Ukraynaya 61 milyard  $-lıq hərbi yardımını təsdiqləyib

09:32 24-04-2024 | icon 3220
Senat ABŞ-ın Ukraynaya 61 milyard  $-lıq hərbi yardımını təsdiqləyib

ABŞ-ın Ukrayna, İsrail və Tayvan üçün nəzərdə tutulmuş 95 milyard dollarlıq yardım paketi Senat tərəfindən təsdiq olunub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 4 qanunu özündə birləşdirən layihə ötən həftənin sonu Nümayəndələr Palatasında hər iki partiyanın dəstəyi ilə səsvermədən keçib.

Paketə İsrailə və Qəzzaya humanitar yardım üçün 26 milyard dollar, Ukraynaya hərbi yardım üçün 61 milyard dollar və Tayvan və Hind-Sakit okeanı müttəfiqləri üçün 8 milyard dollar yardım daxildir. 4-cü qanunda isə ABŞ-da “Tiktok”un qadağan olunmasını, Rusiya, Çin və İrana qarşı sanksiyaları və Ukraynanın müharibədən sonrakı bərpasına kömək etmək üçün Rusiya aktivlərinin müsadirə olunmasını nəzərdə tutur.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden ötən gün Senatı tez bir zamanda qanun layihəsini təsdiqləməyə çağırıb. Qanun layihəsi təsdiqləndikdən sonra imzalanması üçün prezidentə təqdim ediləcək.