logo

Azərbaycanla Türkiyə  gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır

12:12 23-04-2024 | icon 2366
Azərbaycanla Türkiyə  gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş təsdiqlənib.

YeniAvropa xəbər verir ki, , “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq olunması barədə qanun layihəsi Milli Məclisin aprelin 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Saziş 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Sənəd vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasını və vergidən yayınma hallarının qarşısının alınmasını, həmçinin bu sahədə bir sıra digər məsələlərin həllini təmin edəcək.