logo

Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var

10:50 23-04-2024 | icon 6937
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var

Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində baş verib. "Chevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub. Qəza zamanı avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm (soyadı dəqiqləşməyib) aldıqları xəsarətlərdən ölüblər. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu ağır vəziyyətdə Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.