logo

Goranboyda zəlzələ olub

10:50 23-04-2024 | icon 2352
Goranboyda zəlzələ olub

Aprelin 23-də Gəncə seysmoloji stansiyasından 17 kilometr şərqdə - Goranboy rayonunda zəlzələ qeydə alınıb.

YeniAvropa Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 04:27-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.