logo

Daha 39 ailə Füzuliyə köçürülüb

09:29 23-04-2024 | icon 1008
Daha 39 ailə Füzuliyə köçürülüb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

YeniAvropa xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.