“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
“Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. “Doğru yol budur” sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
“Azercell” gəncləri zərərli vərdişlərdən uzaq tutmaq, asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etmək məqsədilə onları cüdoçular sırasına qoşulmağa çağırır. Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən gənclər 1 ay müddətində ödənişsiz cüdo ilə məşğul olmaq imkanı əldə edəcəklər.
Kampaniya çərçivəsində məşhur rep ifaçısı Orxan Zeynallı ilə qısametrajlı film də çəkilib. Rejissor Emil Quliyevin ərsəyə gətirdiyi bu filmdə kiçik yaşlardan birlikdə böyüyən iki dostun hekayəsi canlandırılaraq gənclərin seçdikləri bir-birinə zidd yolların, verdikləri fərqli qərarların onların həyatlarına təsirini təsvir edir.
“Doğru yol budur” kampaniyası çərçivəsində şəhərin müxtəlif nöqtələrində yer alacağı posterlərdə də eyni konsepsiya davam etdirilib. Belə ki, posterlərdə yer almış real insanların misallarında narkotikin dağıdıcı fəsadları, eyni zamanda, idman və sağlam həyat tərzinin pozitiv təsiri öz əksini tapıb.
Xatırladaq ki, daha öncə “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda genişmiqyaslı layihə çərçivəsində qızlar arasında idmanın, mübarizliyin və özünə inamın təbliğatına yönəlmiş “Qızlara ağ yaraşır”, gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunan “Söz verirəm” sosial kampaniyaları həyata keçirilib.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır