logo

Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır

15:55 22-04-2024 | icon 609
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır

Aprelin 22-si saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 24, Naftalanda 20, Goranboyda 19 metrə çatır.

Gədəbəy, Xaltan, Astara, Qrız, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış, Şahdağda sulu qar yağıb.

Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan Muxtar Respublikasında 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 6 dərəcəyədək istidir.