logo

ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib

14:14 22-04-2024 | icon 637
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan YeniAvropa-ya  bildirilib ki, aprelin 15-dən 21-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 12, tank əleyhinə 39 mina və 452 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1429.1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.