logo

KTMT-də Ermənistanın  təşkilatdan çıxmadığını hesab edirlər

13:33 22-04-2024 | icon 1869
KTMT-də Ermənistanın  təşkilatdan çıxmadığını hesab edirlər

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyəti davam edir.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyinə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov məlumat verib.

“KTMT ilə təşkilatımızın üzvü olan Ermənistan arasında münasibətlər ən yaxşı dövrünü keçirmir. Bununla belə, Ermənistanın KTMT-də fəaliyyəti davam edir, gündəlikdəki bütün məsələlər işgüzar şəkildə həll olunur”,-deyə o, bildirib.

KTMT-nin baş katibi əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təşkilatın 2024-cü ildə keçiriləcək sammitində iştirak etməklə bağlı qərarı onun ölkəsinin suveren seçimini əks etdirəcək.

Tasmaqambetov qeyd edib: “Ermənistanın baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirakı məsələsi suveren və müstəqil ölkənin qərarıdır. Bundan əlavə, sammitə hələ xeyli vaxt qalır, ümidvaram ki, bu aylarda yaxşılığa doğru çox şey dəyişəcək”.