logo

Xankəndidə  silah-sursat aşkarlanıb

11:11 22-04-2024 | icon 581
Xankəndidə  silah-sursat aşkarlanıb

Xankəndi şəhərində silah-sursat aşkarlanıb.

Bu barədə YeniAvropa-ya  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aprelin 20-də və 21-də Xankəndi şəhəri ərazisindən müxtəlif markalı 13 avtomat silahı, 23 qumbara, 2 qumbaraatan, 11 alışdırıcı, 68 patron darağı, müxtəlif çaplı 2 min 780 patron, 7 süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.