logo

“Taxta bazarı”nda baş verən yanğın söndürülüb

21:27 20-04-2024 | icon 1155
“Taxta bazarı”nda baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Hadisə nəticəsində, ilkin hesablamaya əsasən, 1000 kvadratmetr sahəsi olan obyektin təqribən 500 kvadratmetr hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksəkgərginlikli hava elektrik xətləri alovdan mühafizə olunub.