logo

Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq

14:14 19-04-2024 | icon 1029
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

YeniAvropa xəbər verir ki, qanun layihəsi parlamentin aprelin 19-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə inzibati icraat zamanı həyata keçirilən tədbirlərə kənar şəxslərin (hal şahidlərinin) cəlb edilməsinin aradan qaldırılmasını nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsinə görə, şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama, nəqliyyat vasitəsinə baxış və bir sıra digər tədbirlər hal şahidlərinin iştirakı ilə həyata keçirilir. Layihədə hal şahidlərinin iştirakı aradan qaldırılaraq, həmin hallarda fasiləsiz videoçəkiliş aparılmaqla icraatın həyata keçirilməsi təklif edilir.

Digər dəyişikliyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq.