logo

Azərbaycan Kubokunun 1/2 finalı:“Neftçi” “Qarabağ”a qarşı

12:52 02-04-2024 | icon 2303
Azərbaycan Kubokunun 1/2 finalı:“Neftçi” “Qarabağ”a qarşı

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb.

YeniAvropa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu gün oynanılacaq “Neftçi” – “Qarabağ” matçında ədaləti Rəvan Həmzəzadə qoruyacaq.

“Zirə” – “Qəbələ” görüşünü isə İnqilab Məmmədov idarə edəcək.

Azərbaycan Kuboku, yarımfinal mərhələsi

2 aprel

20:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Emin Cəfərov

“Neftçi Arena”

3 aprel

19:00. “Zirə” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Zirə İdman Kompleksinin stadionu.